2009 - İdeya sizdən - dəstək bizdən
36 saatlıq kod marafonu

36 saatlıq kod marafonu 'Barama Hackathon 2018' başladı

05 May 2018

Bütün dünyada proqramçıların marafonu hesab edilən "Hackathon" yarışı Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi -nin təşkilatçılığı ilə artıq ənənə halını alaraq 5 -ci dəfə baş tutur.

 

 

 

    Səhər saatlarından etibarən 14 komandanın qoşulduğu yarışda proqramçılara verilən əsas tapşırıq 36 saat ərzində  Azercell müştərilərinə, onların cihazlarının təmir statusu barədə SMS və platform-daxili bildirişlərlə xəbər verən müstəqil platformanın yaradılmasıdır.

Yarışda iştirak edən komandaların siyahısı aşağıdakı kimidir:
  1. AziiCoders
  2. Appex
  3. Saf Uşaqlar
  4. Bits and Bytes
  5. init1
  6. PixelSoft
  7. Dev Adamlar
  8. Web's dragons
  9. Byte Floyds
  10. Brogrammers
  11. AĞ4N4T1Q
  12. Reactive Team
  13. Seniors
  14. Crocusoft

Qeyd edək ki, yarış Azercell və PAŞA Bank -ın dəstəyi ilə həyata keçirilir. Bütün yarış iştirakçılarının tibbi sığortası 36 ərzində PAŞA Sığorta tərəfindən sığortalanıb. Əlavə olaraq yarış müddəti ərzində iştirakçıların qida təminatını Özsüt restoranlar şəbəkəsi tərəfindən təmin edilir.

    36 saatın sonunda qalib komanda üçün daha bir xoş xəbər ondan ibarət olacaq ki, əgər hazırlanan məhsul Azercell tərəfindən təsdiqlənsə, həmin məhsul üzərindən xidmət göstərilməsi üçün komanda Azercell ilə 5000 AZN dəyərində müqavilə bağlayacaq. Yarışda 2 -ci və 3 -cü yerin sahibləri olan komandalar isə Azercell və PAŞA Bank tərəfindən dəyərli hədiyyələr ilə mükafatlandırılacaqlar.

 

Mənbə : Technote.az

Oxşar Məlumatlar

“Elektronikaya giriş” Seminarı
22 May 2018
“Elektronikaya giriş” Seminarı
Ətraflı
Barama Media Mərkəzində "U2B - From University to Business" adlı konfrans keçirildi
17 May 2018
Barama Media Mərkəzində "U2B - From University to Business" adlı konfrans keçirildi
Ətraflı
“İKT-də qızlar” günü münasibətilə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya
26 Aprel 2018
“İKT-də qızlar” günü münasibətilə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya
Ətraflı