2009 - İdeya sizdən - dəstək bizdən
Barama Media Mərkəzində "U2B - From University to Business" adlı konfrans keçirildi

Barama Media Mərkəzində "U2B - From University to Business" adlı konfrans keçirildi

17 May 2018

17 May 2018-ci il tarixində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi nəzdində fəaliyyət göstərən və Bakı Dövlət Universitetində yerləşən Barama Media Mərkəzi tərəfindən universitet tələbələri üçün təhsildən biznesə keçidlə bağlı "U2B- From University to Business" adlı konfrans keçirilmişdir.

2 saatdan çox davam edən konfransda spikerlər Zeynal Zeynalov, Elvin Dadaşsoy və Orxan Şahbaz gənclərə gələcəkdə karyera qurarkən sahibkarlıq və innovasiya istiqamətini necə dəyərləndirəcəkləri haqqında faydalı məsləhətlər verdilər. 

Müasir təhsildən karyeraya gedən yol mövzusunda çıxış edən Zeynal Zeynalov tələbələrə universitetdə öyrəndikləri bilikləri gələcək iş həyatlarında necə tətbiq etməli olduqları, həmçinin iş həyatının təhsildən əlavə tələblərinə daxil olan bir sıra bacarıqlar və onları indidən öyrənmənin yolları haqqında öz məsləhələrini verdi. Uğur və həyat mövzusu ilə çıxış edən Orxan Şahbaz konfrans iştirakçılarına uğurun hər hansı maddi göstəricilərin cəmindən ibarət olmadığı, həyat keyfiyyətinin, iş-həyat balansının önəmi və bunu necə qurmaq lazım olduğu haqda öz fikirlərini bölüşdü. Konfransın son spikeri olan Elvin Dadaşsoy isə gənclərə öz ideyalarını necə biznesə çevirmək lazım olduğu, ideyalarını biznes nöqteyi-nəzərindən necə dəyərləndirməli və öz bizneslərini qurmaq üçün hansı ilkin addımlar atmalı olduqları ilə bağlı öz təcrübəsini paylaşdı. 

Konfransda fərqli ali təhsil müəssisələrinin tələbələri olan 200-dən çox gənc iştirak etdi.


Oxşar Məlumatlar

“Elektronikaya giriş” Seminarı
22 May 2018
“Elektronikaya giriş” Seminarı
Ətraflı
36 saatlıq kod marafonu
05 May 2018
36 saatlıq kod marafonu 'Barama Hackathon 2018' başladı
Ətraflı
“İKT-də qızlar” günü münasibətilə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya
26 Aprel 2018
“İKT-də qızlar” günü münasibətilə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya
Ətraflı