
İçindəki
Xəbərlər
Barama İnnovasiya Mərkəzi "İKT bacarığı" formasını təqdim edir
Barama İnnovasiya Mərkəzindən Gənclər üçün daha bir yenilik
Azercell-in təşəbbüsü ilə yaradılan “Barama” layihəsi fəaliyyət dairəsini genişləndirir. Artıq proqrama müraciət etmək istəyənlər üçün daha bir imkan. Barama İnnovasiya Mərkəzi Gənclərin İKT (İnformasiya Kommunikasiya Texnologiyalari) ilə bağlı qabiliyyətini aşkar etmək məqsədilə "İKT bacarığı" formasını tərtib etmişdir. Bu formanı dolduraraq bazamızda qeyd oluna bilərsiniz. Və beləliklə gələcəkdə Barama İnnovasiya Mərkəzi tərəfindən müxtəlif layihələrdə və təlimlərdə iştirak etmək üçün təkliflər ala bilərsiniz.
Barama İnnovasiya Mərkəzinin "İKT bacarığı" forması
3 fevral 2012-ci il tarixində Barama Innovasiya Mərkəzində Azercell Telecom MMC şirkətinin proqlamlaşdirma üzrə mütəxəssisi Ramin Orucov tərəfindən “Android Platform Overview" mövzusunda seminar keçirilmişdi. Seminarda Barama layihəsinin üzvləri və İKT bacarığı formasi uzərindən qeydiyyatdan keçmiş insanlar iştirak edib.
1. Barama ideya müsabiqəsidirmi?
2. Təklif etdiyim ideya necə olmalıdır?
3. Neçə ideya təklif edə bilərəm?
4. İdeyamı Azercell-ə təklif etdikdən sonra, onun qəbul edilib edilməməsini necə öyrənim?..
Əgər bu layihə Sizi maraqlandirir və onun yerinə yetirilməsi uçün gərəkli olan bütün texniki və peşəkar bacarıqlarıniz varsa, zəhmət olmasa bizə müraciət edin. Sizin ərizəniz bizim tələblərimizə uygun olarsaç sizinlə əlaqə saxlayacaqıq.