Barama layihəsi

Xəbərlər

2010-10-15

Qafqaz Universitetinin və “Barama” innovasiya mərkəzinin əməkdaşlığı

Qafqaz Universitetinin tələbələri “Barama” innovasiya mərkəzində araşdırmaya başlayıblar. Bu ali təhsil ocağının 10 tələbəsi “Azercell”in təşəbbüsü ilə yaradılan “Barama” layihəsi çərçivəsində iqtisadi-analitik tədqiqat işi aparır.

Barama ofisindəki imkanlardan istifadə edərək strateji araşdırma aparan tələbələr həmçinin biznesin inkişaf etdirilməsi üzrə staj keçmiş olurlar. Proqramın unikallığı ondan ibarətdir ki, tələbələr layihə çərçivəsində həm praktik biliklər qazanır, həm də şirkətlərin reallıqda üzləşdiyi məsələləri ətraflı tədqiq edirlər. Bu işdə onlara Azercell şirkətinin əməkdaşları yardımçı olurlar.

Tədqiqat işi üçün tələbələrə 2 həftə vaxt ayrılıb. Gənclər verilən mövzu ilə bağlı hərtərəfli analiz aparacaq və mövzuya dair bir çox suallara cavab axtaracaqlar. Tələbələr müxtəlif problemlərin yaranma səbəbləri, onların səviyyəsinə təsir edən amilləri aydınlaşdıracaq və həmin problemərin qarşısının effektiv şəkildə alınması üçün həll yolları təklif edəcəklər.

“Barama” layihəsində tələbələrin tam sərbəst fəaliyyət göstərməsinə şərait yaradılıb və onların işinə heç bir məhdudiyyət qoyulmayıb. Onlar üçün proqram çərçivəsində “Azercell” şirkətinin mütəxəssisləri tərəfindən təqdimatlar keçirilir, məlumat verilir və müxtəlif növ dəstək göstərilir. Məsələyə müxtəlif növ yanaşmanı təmin etmək üçün tədqiqatçı tələbələr hər biri 5 nəfərdən ibarət iki komandaya ayrılıblar. Komanda üzvləri Qafqaz Universitetinin iqtisadiyyat, maliyyə, menecment və biznesin idarə edilməsi fakültələrini təmsil edirlər.

Bu tədqiqat işi “Azercell”lə yanaşı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən də dəstəklənir. Proqram çərçivəsində araşdırma ilə məşğul olan tələbələrə məvacib də ayrılıb. Staj proqramı özünü təsdiq etmək istəyən istedadlı gənclər üçün gözəl bir şans, bacarıqlarını artırmaq və nümayiş etdirmək üçün unikal bir təcrübədir.

Share on Facebook
Barama Mobil Marketinq layihəsini elan edir.

Azercellin Barama layihəsində tamamilə yeni bir istiqamət elan edilir – mobil marketinq.  Yeni proqrama başlanmasının məqsədi mobil marketin sahəsində dünya təcrübəsinin izlənməsi, bu sferadakı yeniliklərin öyrənilərək tətbiq edilməsinə yardımçı olmaqdır

F.A.Q.

1. Barama ideya müsabiqəsidirmi?
2. Təklif etdiyim ideya necə olmalıdır?
3. Neçə ideya təklif edə bilərəm?
4. İdeyamı Azercell-ə təklif etdikdən sonra, onun qəbul edilib edilməməsini necə öyrənim?..

Mobil telefonlar/ smartfonlar üçün proqram təminatı

Əgər bu layihə Sizi maraqlandirir və onun yerinə yetirilməsi uçün gərəkli olan bütün texniki və peşəkar bacarıqlarıniz varsa, zəhmət olmasa bizə müraciət edin. Sizin ərizəniz bizim tələblərimizə uygun olarsaç sizinlə əlaqə saxlayacaqıq.

İnnovasiya Təklif Forması
İKT sahəsində reallaşdırmaq istədiyiniz yenilikçi və dəyərli ideyalarınızı aşağıdakı “İnnovasiya təklif forması”-nı dolduraraq, Azercell-ə göndərin...