Barama layihəsi

Xəbərlər

2011-07-08

Barama Universitetlərlə birgə daha bir araşdırma proqramı həyata keçirdi

Azercell şirkəti “Barama” innovasiya mərkəzində daha bir layihə kercəkləşdirdi. İqtisadi analitik araşdırmadan ibarət olan bu layihə tələbələr üçün nəzərdə tutulmuşdur və 3 həftə davam etmişdir. Bu araşdıma isə hər birində 5 tələbə təmsil olunmaqla 2 komandanın (Universitetin) rəqabəti şəklində təşkil olunmuşdur. Layihədə iştirak edən 10 tələbənin 5-i Qafqaz Universitetini, 5-i isə İqtisad Universitetini təmsil edirlər. İştirakçılar İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunu, Qafqaz Universitetinin isə İqtisadiyyat, Maliyyə, və Biznesin idarə edilməsi fakültələrini təmsil etmişlər.
Layihə Azercell-in 2011-ci ildə baş verən strateji dəyişikilikəri ilə bağlı bazar araşdıralarından ibarətdir. Gənclər verilən mövzu ilə bağlı hərtərəfli analiz aparmış və mövzuya dair bir çox suallara cavab axtarmışlar. Tələbələr müxtəlif problemlərin yaranma səbəbləri, onların səviyyəsinə təsir edən amilləri təhlil etmiş və həmin problemlərin qarşısının effektiv şəkildə alınması üçün həll yolları təklif etmişdirlər.
Tələbələr “Barama” ofisindəki imkanlardan istifadə etməklə yanaşı strateji araşdırmalar apararaq həmçinin biznesin inkişaf etdirilməsi üzrə staj keçmiş olurlar. Azercell əməkdaşları tərəfindən verilən müxtəlif treyninq və təqdimatlar onlara praktiki biliklərini artırmağa, həmçinin layihədə uğurlu iştirak etməyə kömək etmişdir. Tələbələr Baramanın digər iştirakçıları ilə birgə Azercell-in İnfoDay tədbirində də iştirak etmişdirlər. Bu isə onlara Azercell ilə daha yaxından tanış olmaq, və bir çox yeni əlaqələr qurmaq üçün faydalı olmuşdur.
Nəzərinizə çatdırım ki, bu araşdırma proqramı Barama Ofisində gercəkləşdirilən 2-ci araşdırmadır. Daha öncə baş tutan proyekt keçən ilin oktyabr ayinda, yalnız Qafqaz Universitetinin tələbələrinin iştirakı ilə baş tutmuşdur.

Share on Facebook

Araşdırma proqramı

Barama İnnovasiya Mərkəzi "İKT bacarığı" formasını  təqdim edir

Barama İnnovasiya Mərkəzi Gənclərin İKT (İnformasiya Kommunikasiya Texnologiyalari) ilə bağlı qabiliyyətini aşkar etmək məqsədilə "İKT bacarığı" formasını tərtib etmişdir.

F.A.Q.

1. Barama ideya müsabiqəsidirmi?
2. Təklif etdiyim ideya necə olmalıdır?
3. Neçə ideya təklif edə bilərəm?
4. İdeyamı Azercell-ə təklif etdikdən sonra, onun qəbul edilib edilməməsini necə öyrənim?..

Blackberry platforma üçün proqram təminatı

Əgər bu layihə Sizi maraqlandirir və onun yerinə yetirilməsi uçün gərəkli olan bütün texniki və peşəkar bacarıqlarıniz varsa, zəhmət olmasa bizə müraciət edin. Sizin ərizəniz bizim tələblərimizə uygun olarsaç sizinlə əlaqə saxlayacaqıq.

İnnovasiya Təklif Forması
İKT sahəsində reallaşdırmaq istədiyiniz yenilikçi və dəyərli ideyalarınızı aşağıdakı “İnnovasiya təklif forması”-nı dolduraraq, Azercell-ə göndərin...