Barama layihəsi

Xəbərlər

2011-05-20

Baramanın Facebook səhifəsi açılıb

Sosial şəbəkədən istifadə etməklə də uğurlu karyera qurmaq mümkündür

Azercell-in təşəbbüsü ilə yaradılan “Barama” layihəsi fəaliyyət dairəsini genişləndirir. Artıq proqrama müraciət etmək istəyən gənclərin işi daha da rahatlaşıb. Layihənin rəsmi Facebook səhifəsini bəyənməklə layihə ilə bağlı bütün yeniliklərdən xəbər tutmaq mümkündür. Bundan əlavə, məhz Facebook səhifəsi ilə də layihə barədə ətraflı məlumat almaq olar. Öz təşəbbüslərinin reallaşmasına dəstək axtaran gənclər bu səhifənin köməyindən istifadə edə bilərlər.
“Barama”nın Facebook səhifəsində layihənin özü barəsində, o cümlədən proqramın işlədiyi istiqamətlər, ideyaların göndərilməsi və dəstəklənməsi qaydaları haqda ətraflı məlumatlar yer alıb. Hər bir Facebook üzvü bu səhifəni bəyənib dostları arasında paylaşsa, sosial şəbəkədə olan digər gənclərin də təşəbbüskarlığının dəstəklənməsinə yardım etmiş olar.
“Barama”nın Facebook səhifəsi ilə tanış olmaq, onu bəyənmək (LİKE etmək), paylaşmaq və layihənin imkanlarından yararlanmaq üçün - http://www.facebook.com/barama.az - ünvanına baş vurmaq və ya Facebook-da “Barama Project - Azercell” sözünü axtarışa vermək lazımdır.

Share on Facebook
Barama Innovasiya Mərkəzində Mobil Marketinq layihəsi start götürdü

Gənclər Mobil Marketinq sahəsində araşdırma edib, bu sahədə Innovativ tekliflerini biznesin müxtəlif sahələrində tətbiq etmək imkanı qazanıblar. Bunun nəticəsində, hər biri Mobil Marketinq vasitələrinin Azerbaycan bazarında daha geniş tətbiqinin inkishafina nail olacaqlar.

F.A.Q.

1. Barama ideya müsabiqəsidirmi?
2. Təklif etdiyim ideya necə olmalıdır?
3. Neçə ideya təklif edə bilərəm?
4. İdeyamı Azercell-ə təklif etdikdən sonra, onun qəbul edilib edilməməsini necə öyrənim?..

Mobil telefonlar/ smartfonlar üçün proqram təminatı

Əgər bu layihə Sizi maraqlandirir və onun yerinə yetirilməsi uçün gərəkli olan bütün texniki və peşəkar bacarıqlarıniz varsa, zəhmət olmasa bizə müraciət edin. Sizin ərizəniz bizim tələblərimizə uygun olarsaç sizinlə əlaqə saxlayacaqıq.

İnnovasiya Təklif Forması
İKT sahəsində reallaşdırmaq istədiyiniz yenilikçi və dəyərli ideyalarınızı aşağıdakı “İnnovasiya təklif forması”-nı dolduraraq, Azercell-ə göndərin...