Barama layihəsi

Xəbərlər

2011-10-14

Barama Mobil Marketinq layihəsini elan edir.

Azercellin Barama layihəsində tamamilə yeni bir istiqamət elan edilir – mobil marketinq.  Yeni proqrama başlanmasının məqsədi mobil marketin sahəsində dünya təcrübəsinin izlənməsi, bu sferadakı yeniliklərin öyrənilərək tətbiq edilməsinə yardımçı olmaqdır.



Gənclər Mobil Marketinq-dən nə faydalar götürəcəklər:

  • Öz biliklərini real olaraq tətbiq etməklə təcrübə qazanacaqlar,
  • Mobil Marketinq araşdırmaları edib, yeniliklər təklif edəcəklər,
  • Öz ideyalarını reallaşdırmaq imkanı əldə edəcəklər
  • Uğurlu ideyalar təklif etdikləri təqdirdə, İdeyanın reallaşdırılmasından əldə ediləcək mənfəətdən 5-10% intervalinda bonus əldə edəcəklər.
  • Ən əsası isə burada qazanılacaq təcrübə iştirakçılara öz gələcək Mobil Marketinq şirkətlərini qurmaq üçün stimul olacaq.



Mobil Marketinq layihəsində iştirak etmək istəyənlər üçün tələblər:

  • İştirakçı yaradıcı, təşəbbüskar, yüksək motivasiyalı və öz qabiliyyətinə güvənən olmalıdır.
  • Marketinq, kommersiya, biznes və idarəetmə ilə bağlı iqtisadi biliklərə malik olmalıdır.
  • Satış təcrübəsi və satış qabiliyyəti olanlara üstünlük veriləcək.
  • Gündəlik vaxtının müəyyən hissəsini bu layihəyə sərf edə bilməlidir.
  • Bu işdə ona səmərəli olacaq əlaqələri olmalıdır.
  • Mütəmadi aylıq maaş ilə deyil, bonus ilə işləməyə hazır olmalıdır.



Bu unikal təcrübə proqramında iştirak etmək istəyənlər öz CV-ni Barama layihəsinin barama@azercell.com ünvanına göndərə bilərlər. Proqrama hər biri fərdi şəkildə çalışacaq 5 nəfərin seçiləcəyi gözlənilir. Əgər gələcəkdə onlardan hər hansı bir iştirakçı layihəni tərk edərsə, onda ehtiyat namizədlərdən biri  layihəyə cəlb ediləcək. Layihənin uzunmüddətli olacağı nəzərdə tutulub.

Share on Facebook
Barama İnnovasiya Mərkəzi Proqramçılar üçün müsabiqə elan edir.

Azercell-in Barama layihəsi çərçivəsində proqramçılar üçün müsabiqə elan olunur. Müsabiqənin əsas məqsədi – müxtəlif platformalar üçün proqramlar yazacaq gəncləri bir yerə toplayıb nəticədə yerli mobil applikasiyalar bazarının inkişafına  dəstək olmaq və, ümümi olaraq, İKT sahəsinin inkişafına təkan verməkdir.

F.A.Q.

1. Barama ideya müsabiqəsidirmi?
2. Təklif etdiyim ideya necə olmalıdır?
3. Neçə ideya təklif edə bilərəm?
4. İdeyamı Azercell-ə təklif etdikdən sonra, onun qəbul edilib edilməməsini necə öyrənim?..

Mobil telefonlar/ smartfonlar üçün proqram təminatı

Əgər bu layihə Sizi maraqlandirir və onun yerinə yetirilməsi uçün gərəkli olan bütün texniki və peşəkar bacarıqlarıniz varsa, zəhmət olmasa bizə müraciət edin. Sizin ərizəniz bizim tələblərimizə uygun olarsaç sizinlə əlaqə saxlayacaqıq.

İnnovasiya Təklif Forması
İKT sahəsində reallaşdırmaq istədiyiniz yenilikçi və dəyərli ideyalarınızı aşağıdakı “İnnovasiya təklif forması”-nı dolduraraq, Azercell-ə göndərin...