Barama

Xəbərlər

2011-10-14
Barama Mobil Marketinq layihəsini elan edir.

Azercellin Barama layihəsində tamamilə yeni bir istiqamət elan edilir – mobil marketinq.  Yeni proqrama başlanmasının məqsədi mobil marketin sahəsində dünya təcrübəsinin izlənməsi, bu sferadakı yeniliklərin öyrənilərək tətbiq edilməsinə yardımçı olmaqdır.



Gənclər Mobil Marketinq-dən nə faydalar götürəcəklər:

  • Öz biliklərini real olaraq tətbiq etməklə təcrübə qazanacaqlar,
  • Mobil Marketinq araşdırmaları edib, yeniliklər təklif edəcəklər,
  • Öz ideyalarını reallaşdırmaq imkanı əldə edəcəklər
  • Uğurlu ideyalar təklif etdikləri təqdirdə, İdeyanın reallaşdırılmasından əldə ediləcək mənfəətdən 5-10% intervalinda bonus əldə edəcəklər.
  • Ən əsası isə burada qazanılacaq təcrübə iştirakçılara öz gələcək Mobil Marketinq şirkətlərini qurmaq üçün stimul olacaq.



Mobil Marketinq layihəsində iştirak etmək istəyənlər üçün tələblər:

  • İştirakçı yaradıcı, təşəbbüskar, yüksək motivasiyalı və öz qabiliyyətinə güvənən olmalıdır.
  • Marketinq, kommersiya, biznes və idarəetmə ilə bağlı iqtisadi biliklərə malik olmalıdır.
  • Satış təcrübəsi və satış qabiliyyəti olanlara üstünlük veriləcək.
  • Gündəlik vaxtının müəyyən hissəsini bu layihəyə sərf edə bilməlidir.
  • Bu işdə ona səmərəli olacaq əlaqələri olmalıdır.
  • Mütəmadi aylıq maaş ilə deyil, bonus ilə işləməyə hazır olmalıdır.



Bu unikal təcrübə proqramında iştirak etmək istəyənlər öz CV-ni Barama layihəsinin barama@azercell.com ünvanına göndərə bilərlər. Proqrama hər biri fərdi şəkildə çalışacaq 5 nəfərin seçiləcəyi gözlənilir. Əgər gələcəkdə onlardan hər hansı bir iştirakçı layihəni tərk edərsə, onda ehtiyat namizədlərdən biri  layihəyə cəlb ediləcək. Layihənin uzunmüddətli olacağı nəzərdə tutulub.

http://www.barama.az/news,95/lang,az/