Barama

İnkubasiya layihəsi

İdeya sanki baramadır – yalnız zəhmət və əmək ona qanad verib kəpənəyə çevirir.

Gerçəkləşdirmək istədiyiniz bir ideyanız var, lakin onu gerçəkləşdirmək üçün Sizə dəstək lazımdır? Artıq bu problem deyil! İdeyalarınıza qanad vermək istəyirsinizsə, onda Barama layihəsi Sizin üçündür və biz, Azercell olaraq ən cəsarətli ideyalarınızı belə dəstəkləməyə hazırıq.

Sadəcə unutmayın ki, bu ideyalar İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) ilə bağlı olmalıdır. Axı layihənin əsas məqsədi – gənc istedadları dəstəkləməklə yanaşı respublikamızda İKT sahəsini inkişaf etdirmək, fərdi sahibkarlığa təkan vermək və bununla iqtisadi rifahın daha da yaxşılaşdırılmasına xidmət göstərməkdir.

Nəinki Azərbaycanda, bütün regionda analoqu olmayan Barama layihəsi qarşısınızda sərhədsiz imkanlar açacaq!

Barama layihəsinə necə qatılmaq olar?

Çox asan! Sadəcə http://www.barama.az/send_idea/lang,az/ internet səhifəsinə daxil olub “İnnovasiya təklif forması”-nı doldurun və ideyalarınızı Azercell-ə göndərin.

Təkliflərinizi istənilən vaxt göndərə bilərsiniz – onlar, heç bir vaxt məhdudiyyəti qoyulmadan, yəni davamlı olaraq Azercell tərəfindən qəbul ediləcək. Ərizəniz Azercell-ə daxil olan kimi ideyanız araşdırılacaq və onun nə dərəcədə yenilikçi, faydalı olması qiymətləndiriləcək.

Eyni zamanda Barama, Sizin, yəni ideya müəllifinin bilik və bacarıqlarını, hazırlıq səviyyəsini yoxlayacaq.

Nəticədə, ən uyğun, ən maraqlı və kreativ ideyalar seçiləcək. İdeyanız seçilərsə, Sizi Barama ofisinə dəvət edəcəklər və Siz Barama layihəsinin iştirakçısı statusunu qazanacaqsınız.

Barama Sizə nə qazandıracaq?

Barama layihəsinin iştirakçısı seçildiniz? Onda bu imkanlar Sizin üçündür:

- Barama ofisində iş yeri
- Lazımi kommunikasiya vasitələri və avadanlıq, o cümlədən kompüter və yüksəksürətli İnternet
- Biznes bilik və bacarıqlarınızın təkmilləşdirilməsinə yönəldilmiş treninqlər
- Azercell-dən istənilən texniki və professional dəstək
- İdeyanızı Azercell avadanlığında sınamaq imkanı

Barama İnnovasiya Mərkəzi Gənclərin İKT (İnformasiya Kommunikasiya Texnologiyalari) ilə bağlı qabiliyyətini aşkar etmək məqsədilə "İKT bacarığı" formasını tərtib etmişdir. Bu formanı dolduraraq bazamızda qeyd oluna bilərsiniz. Və beləliklə gələcəkdə Barama İnnovasiya Mərkəzi tərəfindən müxtəlif layihələrdə və təlimlərdə iştirak etmək üçün təkliflər ala bilərsiniz.

Barama İnnovasiya Mərkəzinin "İKT bacarığı" forması 

Barama layihəsi ofisində işləmək üçün Sizə müəyyən vaxt veriləcək – bu, ideyanızın nə dərəcədə mürəkkəb olmasından asılı olacaq. Təyin edilən müddət başa çatdıqdan sonra fəaliyyətinizi müstəqil şəkildə davam etdirəcəksiniz, azad olunan iş yerlərinə isə yeni iştirakçılar cəlb olunacaq.

Önəmlisi odur ki, ideyalarınızın müəlliflik hüquqları Sizə məxsus olacaq və müvafiq hüquq qayda və qanunları ilə qorunacaq. Ən əsası isə, Barama layihəsi sayəsində Siz gələcək karyeranızın təməlini qoyacaqsınız.

Odur ki, cəsarətli olun! Gələcək – öz əlinizdədir!

http://www.barama.az/static,3/lang,az/