Barama

F.A.Q.

Cavablar:

1. Barama ideya müsabiqəsidirmi?

Barama ideya müsabiqəsi deyil! Bu layihə, ideyaları toplayıb qalibləri müəyyən edən yarış deyil! Barama, telekommunikasiya sektorunda yenilikçi fikirləri (innovasiyaları) və bu fikirləri həyata keçirə bilən insanları axtaran layihədir. Bu layihə dəyərli yenilikçi ideyaları olan, eyni zamanda bu ideyaları inkişaf etdirmək üçün müvafiq bacarıq, bilik, həvəs və vaxtı olan insanlar üçün nəzərdə tutulub.

2. Təklif etdiyim ideya necə olmalıdır?

2. İlk öncə, təklif etdiyiniz ideya İnformasiya Kommunikasiya Texnologiyaları (telekommunikasiya sektoru) ilə əlaqəli olmalıdır. Bu sahə ilə əlaqədar olmayan fikir, arzu və planlar layihə çərçivəsində nəzərə alınmayacaq. Bundan əlavə, ideya müəyyən yenilikçiliklə seçilməlidir. Bu yenilikçilik texnoloji yenilikçilik də ola bilər. Nəzərə alın ki, təklif edilən ideyanın üzərində bilavasitə özünüz – ideya sahibi işləyəcək və onu inkişaf etdirəcək. Odur ki, ideyanız öz bilik, təcrübə və bacarıqlarınıza uyğun olmalıdır. Yenilikçi ideya sahibi ideyanı inkişaf etdirmək üçün lazım olan bilik və bacarıqlara malik deyilsə, ideya layihədə qəbul edilməyəcək.

3. Neçə ideya təklif edə bilərəm?

Təklif edilən ideyaların sayı ilə bağlı məhdudiyyət yoxdur.

4. İdeyamı Azercell-ə təklif etdikdən sonra, onun qəbul edilib edilməməsini necə öyrənim?

“İnnovasiya təklif forması”-nı doldurarkən e-mail ünvanınız və telefon nömrənizi qeyd etmək zəruridir. Teklifinizi Azercell-ə göndərdikdən sonra ideyanız qiymətləndiriləcək. Qiymətləndirmənin nəticəsi e-mail vasitəsi ilə sizə bildiriləcək.

5. İdeyam qəbul edilərsə nə baş verəcək?

İdeyanızın rəqabətçi olması üçün əsasən iki zəruri şərt mövcuddur: ideyanız yenilikçi olmalı və bu ideyanı inkişaf etdirmək üçün sizin müvafiq bacarıqlarınız olmalıdır. Qiymətləndirmə nəticəsində ideyanız qəbul edilərsə, sizə Barama ofisində iş yeri veriləcək və siz bu ofisdə ideyanız üzərində işləməyə və onu inkişaf etdirməyə başlayacaqsınız. İdeyanızı inkişaf etdirmək üçün sizə müəyyən vaxt veriləcək. Ofisdə işlədiyiniz müddət ərzində sizə müxtəlif növ dəstək də təmin ediləcək. İdeyanızın inkişaf etdirilməsi üçün təyin edilmiş müddət bitdikdə, siz yenilikçi ideyanızın implementasiyasını əks etdirən biznes planı yaratmalı və nümayiş etdirməlisiniz.

6. Barama layihəsinin iştirakçısı olarsam, Azercell işçisi olurammı?

Barama layihəsinin iştirakçıları Azercell şirkətinin işçiləri kimi deyil, müstəqil tədqiqatçılar kimi layihədə fəaliyyət göstərəcək və Azercell şirkətinin təmin edəcəyi dəstəkdən yararlana biləcəklər.

7. Barama ofisində işləyərkən məvacib alacağam?

Barama layihə iştirakçıları Azercell şirkəti tərəfindən məvacib (maddi kompensasiya) almayacaqlar

8. Barama ofisində işim bitdikdən sonra nə baş verəcək?

İdeyanız üzərində işləməni müvəffəqiyyətlə başa vurduqdan sonra ideyanız həyata keçirilməyə hazır olduqda, ideya və ya məhsul və ya xidmətin müəllif hüquqları sizə - ideya sahibinə məxsus olacaq. Siz Azercell şirkətinə ideyanızın istifadəçi hüquqlarını satın almağı təklif edəcəksiniz. Azercell şirkəti ideyanızın istifadəçi hüquqlarını əldə etmək qərarına gəldikdə belə ideyanın müəllif hüquqları sizə məxsus olaraq qalacaq. Barama layihəsindəki işiniz uğurlu olmazsa (yəni, ideyanızı inkişaf etdirə bilməsəniz) siz layihəni tərk edəcək və yeriniz yeni namizədlərə veriləcəkdir.

9. İdeya işlənib hazır olduqda müəllif hüquqları kimə məxsus olacaq?

İdeya işlənib hazır olduqda, ideyanın müəllif hüquqları sizə məxsus olacaq

10. Əlavə suallar üçün kimə müraciat edim?

Əlavə suallarınız olduqda Azercell Telefon Mərkəzinə müraciət etməyiniz xahiş olunur

http://www.barama.az/static,8/lang,az/